17 may 2026 22:40
86

Kuba hücum halında özünü müdafiə etmək hüququndan istifadə edəcək

Kuba hücuma məruz qalacağı təqdirdə özünümüdafiə hüququndan istifadə edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə Kuba Xarici İşlər Nazirliyi "X" sosial şəbəkəsində yazıb.

"Kubaya hücum edilərsə, o, qanuni özünümüdafiə hüququndan istifadə edəcək", - deyə bildirilib.

Qeyd edək ki, "The New York Times" (NYT) qəzeti mənbələrə istinadən bildirib ki, ABŞ Kuba inqilabının liderlərindən biri, ordu generalı Raul Kastronun ələ keçirilməsi üçün əməliyyatı istisna etmir.