Vaşinqtonla aparılan danışıqlarda iştirak edən İran nümayəndə heyəti ölkənin ali rəhbərliyinin tam nəzarəti altında fəaliyyət göstərir və bütün addımlar Ali Lider Müctəba Xamenei tərəfindən təsdiqlənir.
“İki sahil” xəbər verir ki, bu barədə İran Ali Liderinin İslam İnqilabı Keşikçiləri Korpusundakı nümayəndəsi Abdullah Hacı Sadeqi məlumat verib.
O vurğulayıb ki, Tehran heç bir təhdid və təzyiq qarşısında geri çəkilməyəcək.