Çin üç il ərzində ABŞ-dan ən azı 17 milyard dollar dəyərində kənd təsərrüfatı məhsulları almağı öhdəsinə götürüb.
“İki sahil” xəbər verir ki, bu barədə Ağ Evin saytında dərc olunmuş bəyanatda bildirilib.
"Soya alışı öhdəliklərinə əlavə olaraq, Çin 2026, 2027 və 2028-ci illərdə hər il ən azı 17 milyard dollar dəyərində ABŞ kənd təsərrüfatı məhsulları alacaq", - deyə məlumatda qeyd olunub.
Həmçinin qeyd olunub ki, Çin Amerika mal əti bazarına çıxışını bərpa edib və ABŞ-dan quş əti idxalı edəcək.