18 may 2026 01:30
83

Səudiyyə Ərəbistanı ölkənin hava məkanına daxil olan üç PUA-nı ələ keçirib

Səudiyyə Ərəbistanı İraqdan ölkənin hava məkanına daxil olan üç pilotsuz uçuş aparatını ələ keçirib.

“İki sahil”in "Reuters"ə istinadən verdiyi məlumata görə, bu barədə Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi məlumat verib.

Nazirlik vurğulayıb ki, Ər-Riyad ölkənin suverenliyini və təhlükəsizliyini pozmaq cəhdlərinə cavab vermək üçün bütün zəruri tədbirləri görəcək.