18 may 2026 10:46
95

Yermak üçün 140 milyon qrivna girov qoyuldu

Ukraynanın Ali Antikorrupsiya Məhkəməsi bildirib ki, Andrey Yermak üçün 140 milyon qrivna məbləğində girov ödənilib.

“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat yayıb.

Girovun ödənilməsindən sonra Yermak istintaq təcridxanasından azad ediləcək.

Xatırladaq ki, mayın 14-də Ukrayna məhkəməsi Volodimir Zelenskinin keçmiş ofis rəhbəri Andrey Yermak barəsində 60 sutkalıq həbs qətimkan tədbiri seçmişdi. Məhkəmə onun üçün 140 milyon qrivna məbləğində girov da müəyyən etmişdi.