Türkiyənin məşhur müğənnisi Haluk Levent Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində konsert proqramı ilə çıxış edib.
“İki sahil” xəbər verir ki, sənətçi çıxışı zamanı dayanıqlı şəhərlərin əhəmiyyətindən də danışıb.
“Güvənli və gözəl şəhərlərin bir gün fəlakətlərlə üzləşə biləcəyini Türkiyədə Ahbap Dərnəyinin rəhbəri olaraq yaşadım”, - deyə Haluk Levent bildirib.
Müğənni sessiya iştirakçıları üçün sevilən musiqi əsərlərini də səsləndirib.
Konsert iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Sabah paytaxtın Yasamal və Xətai rayonlarının, həmçinin Abşeronun bəzi ərazilərində işıq olmayacaq
Bakıda məktəbdə çəkiliş edən media nümayəndələri hücuma məruz qalıb, saxlanılanlar var - VİDEO
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib