18 may 2026 11:46
189

WUF13-dən FOTOREPORTAJ...

Bakı şəhəri BMT-nin Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyasına ev sahibliyi edir. Bu mötəbər beynəlxalq tədbir çərçivəsində Azərbaycan paytaxtı Bakı Olimpiya Stadionunda dünyanın 180-dən çox ölkəsindən gələn qonaqları qəbul edib.

WUF13 BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan Hökumətinin birgə təşkilatçılığı ilə keçirilir. Mayın 17-də başlayan forum mayın 22-də yekunlaşacaq. Sessiya “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunub.

Forum çərçivəsində müxtəlif panel müzakirələr, görüşlər və tədbirlər keçiriləcək. Sessiyada şəhərsalma sahəsində qlobal miqyasda aktual və bəşəriyyət üçün mühüm əhəmiyyət daşıyan məsələlər müzakirə olunur.

WUF13-ün keçirildiyi Bakı Olimpiya Stadionundan hazırladığımız özəl fotoları təqdim edirik.

Yaqut Ağaşahqızı, “İki sahil”