Çin Sədri Si Cinpin Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) işinə uğurlar arzulayıb.
“İki sahil” xəbər verir ki, bu barədə Çin Sədrinin xüsusi nümayəndəsi Çjan Qotsin WUF13 çərçivəsindəki Liderlər Sammitində bildirib.
"Burada, Bakıda cənab Si Cinpini təmsil etmək və onun forumun işinə uğur arzularını çatdırmaq mənim üçün böyük şərəfdir", - Çjan Qotsin qeyd edib.
"Çin Sədri Si Cinpinin xüsusi nümayəndəsi kimi WUF13-ün Liderlər Sammitinə gəlmək, həmçinin cənab Si Cinpinin bu sammitin keçirilməsi ilə əlaqədar Azərbaycana ən xoş arzularını çatdırmaq və ona uğurlar arzulamaq mənim üçün böyük bir şərəfdir", - Çjan Qotsin bildirib.
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb, 2027-ci il sammitinə hazırlıqlar müzakirə olunub
Rəsmi Bakının xarici siyasəti: Müstəqil, çoxvektorlu, milli maraqlara söykənən strategiya
Niderlandın xarici işlər nazirinə Cənubi Qafqazda baş verən proseslər barədə məlumat verilib