Londonda keçirilən Dünya Təhsil Forumu çərçivəsində elm və təhsil naziri Emin Əmrullayev ilə "Google" şirkətinin "Google for Education" üzrə regional direktoru Kolin Marson arasında görüş baş tutub.
“İki sahil” xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.
Görüş zamanı məktəblərdə rəqəmsal ekosistemin inkişafı, təhsil müəssisələrində bulud texnologiyalarının tətbiqi, müəllim və şagirdlər üçün innovativ onlayn alətlərdən istifadənin genişləndirilməsi, eləcə də süni intellekt əsaslı həllərin tədris prosesinə inteqrasiyası məsələləri ətrafında müzakirələr aparılıb.
Həmçinin "Google" şirkətinin Azərbaycanda təhsil sahəsində həyata keçirdiyi layihələr diqqətə çatdırılıb. Bildirilib ki, "Rəqəmsal məktəb"də tətbiq olunan "Google for Education" alətləri bir sıra təhsil müəssisələrində tədris imkanlarının genişləndirilməsinə töhfə verib.
Mayın 18-də Londonda keçirilən Dünya Təhsil Forumu çərçivəsində elm və təhsil naziri Emin Əmrullayev ilə "Google" şirkətinin “Google for Education” üzrə regional direktoru Kolin Marson arasında görüş baş tutub.
— Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi (@tehsilgovaz) May 18, 2026
Görüş zamanı məktəblərdə rəqəmsal ekosistemin inkişafı, təhsil… pic.twitter.com/gZaS4RQwQA
Sabah paytaxtın Yasamal və Xətai rayonlarının, həmçinin Abşeronun bəzi ərazilərində işıq olmayacaq
Bakıda məktəbdə çəkiliş edən media nümayəndələri hücuma məruz qalıb, saxlanılanlar var - VİDEO
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib