Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müəssisələrində hazırda 665 uşağa stasionar şəraitdə xidmətlər göstərilir. “İki sahil” xəbər verir ki, onlardan 380 nəfəri əlilliyi olan uşaqlar, digərləri valideyn himayəsindən məhrum, həmçinin çətin həyat şəraiti ilə qarşılaşan uşaqlardır. Uşaqlar xidmətə qəbul olunduqdan sonra mütəxəssislər tərəfindən ilkin qiymətləndirmə aparılır, fərdi inkişaf planı hazırlanır. Plan əsasında onlara sosial-məişət, sosial-psixoloji, tibbi-sosial, sosial-pedoqoji və sosial-hüquqi xidmətlər göstərilir.Həmçinin, uşaqlar üçün inklüziv tədbirlər, görüşlər, ekskursiyalar və s. də təşkil olunur.
Sabah paytaxtın Yasamal və Xətai rayonlarının, həmçinin Abşeronun bəzi ərazilərində işıq olmayacaq
Bakıda məktəbdə çəkiliş edən media nümayəndələri hücuma məruz qalıb, saxlanılanlar var - VİDEO
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib