İtaliyanın Çezenatiko şəhərində keçirilən European Girls’ Olympiad in Informatics (EGOI 2026) yekun nəticələrini açıqlayıb.
“İki sahil” xəbər verir ki, 67 ölkədən 242 nəfər məktəblinin iştirak etdiyi olimpiadada qızlarımız uğurla çıxış edərək 2 bürünc medal qazanıblar. Bakı şəhər Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyinin 11-ci sinif şagirdi Rahidil Bayramlı və həmin liseyin 10-cu sinif şagirdi Xədicə Məhərli olimpiadada fərqləniblər.
Qızlarımızı təbrik edir, onlara daha böyük nailiyyətlər arzulayırıq!
Qeyd edək ki, Avropa Qızlar İnformatika Olimpiadası 2021-ci ildən etibarən keçirilir və məktəblilərimiz bu günə kimi bu olimpiadada 1 qızıl, 2 gümüş, 7 bürünc medal və 2 həvəsləndirici mükafat qazanıblar. İnformatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell Telekom” MMC-nin dəstəyi ilə həyata keçirilir.
Sabah paytaxtın Yasamal və Xətai rayonlarının, həmçinin Abşeronun bəzi ərazilərində işıq olmayacaq
Bakıda məktəbdə çəkiliş edən media nümayəndələri hücuma məruz qalıb, saxlanılanlar var - VİDEO
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib