Azərbaycan beynəlxalq səviyyəli tədbirlərin keçirildiyi məkandır və ölkəmizdə bu qəbildən olan silsilə tədbirlər reallaşdırılır. Azərbaycan BMT çərçivəsində ən böyük tədbirlərdən biri olan COP29-a ev sahibliyi etdi. Bunun ardınca Azərbaycanın WUF13-ə ev sahibliyi etməsi beynəlxalq ictimaiyyətin də, BMT-nin də ölkəmizə olan etimadının göstəricisidir.
“İki sahil” xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
"Dünyada heç də bütün ölkələrdə hazırkı şəraitdə bu miqyasda tədbirin keçirilməsi mümkün deyil. Təhlükəsizlik vəziyyəti, müharibələr, həmçinin təşkilatçılıq qabiliyyəti, şəhərlərin hazırlıq səviyyəsi və digər parametrlər baxımından demək olar ki, heç də bütün şəhərlər və ölkələr bu kimi tədbirlərə hazır deyil”, - deyə Prezidentin köməkçisi əlavə edib.
Onun sözlərinə görə, beynəlxalq ictimaiyyətin etimadı, ölkəmizin hazırlığı və çoxsaylı tədbirlərə ev sahibliyi etməsi Ümumdünya Şəhərsalma Forumu kimi mötəbər tədbirin Azərbaycanda keçirilməsini şərtləndirib.
Rəsmi Bakının xarici siyasəti: Müstəqil, çoxvektorlu, milli maraqlara söykənən strategiya
Niderlandın xarici işlər nazirinə Cənubi Qafqazda baş verən proseslər barədə məlumat verilib
Azərbaycan Prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib YENİLƏNİB/FOTO
Hikmət Hacıyev: Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha geniş müzakirə üçün növbəti platforma rolunu oynayacaq