Nəqliyyat dəhlizləri bizim üçün, sadəcə, xəritədə çəkilmiş xətlər deyil. Bu, insanların qarşıdakı onilliklərdə, hətta əsrlərdə necə yaşayacaqları ilə bağlı qərardır.
“İki sahil” xəbər verir ki, bu fikirləri Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev WUF13 çərçivəsində təşkil olunan “Şəhərlər bağlantılılığın mərkəzində: Şəhər yenidənqurması və regional əməkdaşlıq" mövzusunda xüsusi sessiyada çıxışı zamanı deyib.
Nazir bildirib ki, bu gün tikilən hər kilometr dəmir və avtomobil yolu gələcəyin necə formalaşacağı ilə bağlı seçimdir. Onun sözlərinə görə, bu seçimlər yalnız cəmiyyətlərin deyil, həm də iqtisadi fəaliyyətin və düşüncə tərzinin gələcəyini müəyyənləşdirir.
Sabah paytaxtın Yasamal və Xətai rayonlarının, həmçinin Abşeronun bəzi ərazilərində işıq olmayacaq
Bakıda məktəbdə çəkiliş edən media nümayəndələri hücuma məruz qalıb, saxlanılanlar var - VİDEO
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib