Elm və təhsil naziri Emin Əmrullayev Özbəkistanın ali təhsil, elm və innovasiyalar nazirinin birinci müavini Sardor Rajabov ilə görüşüb.
“İki sahil” xəbər verir ki, E. Əmrullayev Dünya Təhsil Forumu çərçivəsində baş tutan görüş barədə "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.
"Görüşdə ali təhsil, elm və innovasiya sahələrində əməkdaşlığın genişləndirilməsi, universitetlərarası əlaqələr və birgə layihələr ətrafında fikir mübadiləsi apardıq", - paylaşımda bildirilib.
Sabah paytaxtın Yasamal və Xətai rayonlarının, həmçinin Abşeronun bəzi ərazilərində işıq olmayacaq
Bakıda məktəbdə çəkiliş edən media nümayəndələri hücuma məruz qalıb, saxlanılanlar var - VİDEO
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib