WUF13 Azərbaycanın beynəlxalq siyasətdə artan rolunun və Prezident İlham Əliyevin çoxtərəfli əməkdaşlığa verdiyi əhəmiyyətin növbəti təsdiqi oldu. Forum çərçivəsində ilk dəfə keçirilən Liderlər Sammiti şəhərsalma məsələlərinin artıq qlobal siyasi gündəlikdə mühüm yer tutduğunu nümayiş etdirdi.
Bu fikirləri “İki sahil”ə açıqlamasında “XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova bildirib.

Onun sözlərinə görə, Bakı müxtəlif ölkələri, beynəlxalq təşkilatları və vətəndaş cəmiyyəti institutlarını bir araya gətirən mühüm dialoq platforması kimi çıxış etdi. Xüsusilə Azərbaycan QHT-lərinin forum boyunca çoxsaylı panel və tədbirlərdə fəal iştirakı ölkəmizdə vətəndaş cəmiyyətinin inkişaf səviyyəsini göstərdi.
Mahirə Əmirhüseynova qeyd edib ki, bu forum yalnız urbanizasiya məsələlərinin deyil, həm də qlobal həmrəyliyin müzakirə olunduğu mühüm beynəlxalq platforma kimi tarixə düşdü.
Rəsmi Bakının xarici siyasəti: Müstəqil, çoxvektorlu, milli maraqlara söykənən strategiya
Niderlandın xarici işlər nazirinə Cənubi Qafqazda baş verən proseslər barədə məlumat verilib
Azərbaycan Prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib YENİLƏNİB/FOTO
Hikmət Hacıyev: Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha geniş müzakirə üçün növbəti platforma rolunu oynayacaq