25 may 2026 01:11
103

Vuçiç: İstefa verə bilərəm

"Tezliklə istefamı təqdim etməyim mümkündür".

İki sahil” xarici mediaya istinadla xəbər verir ki, bunu Serbiya prezidenti Aleksandar Vuçiç Çinə səfərinin əvvəlində Pekində jurnalistlər deyib.

Mandatının sona yaxınlaşdığını bildirən Vuçiç əlavə edib ki, sabiq prezident Boris Tadiçin bir vaxtlar etdiyi kimi mandatının müddətini qısaltmayacaq.

O, həmçinin Slaviya etirazını rədd edərək, bu cür toplantıların, xüsusən də özünün dediyi kimi, "yaxşı dizayn edilmiş məzmunsuz", "boş" və o qədər də böyük olmayan toplantıların onu ciddi şəkildə narahat edə bilməyəcəyini söyləyib.

Vuçiç mitinqin bitməsindən sonra baş verən hadisələrə görə təşkilatçıların məsuliyyət daşıdığını deyib.

O, üç təhlükəsizlik xidməti tərəfindən aksiya iştirakçılarının sayının 30.500 ilə 34.300 arasında qiymətləndirdiyini deyib.

Vuçiç həmçinin Serbiya Proqressiv Partiyasının 26-28 iyun tarixlərində mitinq keçirəcəyini və vətəndaşlara göndərilən mesajların iştirakçıların sayından daha vacib olacağını bildirdi.

Məhərrəm Ağalaroğlu, “İki sahil”