25 may 2026 18:10
121

Qalibaf və Əraqçi Qətərdə səfərdədir

İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf və xarici işlər naziri Abbas Əraqçi Qətərdə səfərdədir.

“İki sahil” xəbər verir ki, bu barədə İranın "Tasnim" agentliyi xəbər verir.

Bildirilir ki, səfər Pakistanın vasitəçiliyi ilə Yaxın Şərqdəki münaqişənin nizamlanması prosesinin davamıdır.

"Reuters" agentliyinin məlumatına görə, onlar Qətərin baş naziri və xarici işlər naziri şeyx Məhəmməd bin Əbdürrəhman Al Tani ilə ABŞ və İran arasında müharibənin dayandırılmasına dair mümkün razılaşma barədə danışıqlar aparacaqlar. Müzakirələr əsasən Hörmüz boğazı və İranın zənginləşdirilmiş uran ehtiyatları ilə bağlı olacaq.

Nümayəndə heyətinin tərkibinə razılaşma çərçivəsində İran vəsaitlərinin sərbəst buraxılması mümkünlüyünü müzakirə etmək üçün İran Mərkəzi Bankının rəhbərliyi də daxildir.