25 may 2026 21:27
102

Ötən əsr yoxa çıxmış qədim rəsmlər tapıldı

İspaniya Milli Polisi XVII əsr Sevilya rəssamı Lukas Valdes tərəfindən çəkilmiş iki yağlı boya tablosunu aşkarlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə krallığın hüquq-mühafizə orqanlarının yaydığı press-relizdə bildirilib.

Məlumata görə, xəstəxanaya məxsus olan tablolar təxminən bir əsr əvvəl yoxa çıxıb. Araşdırma 2025-ci ilin sentyabrında Mədəniyyət Nazirliyinin polisə müraciətindən sonra başlayıb. Nazirlik hərrac evlərindən birinin kataloquna daxil edilmiş iki əsərin Sevilyadakı xəstəxana kilsəsindən oğurlanmış ola biləcəyini bildirib.

Tablolar bibliya səhnələrini əks etdirən iki oval formalı sənət əsəridir. Onlar 1929-cu ildə Sevilyada keçirilən İbero-Amerika sərgisində nümayiş etdirilməsi üçün təqdim edilib. Lakin sərgi başa çatdıqdan sonra əsərlər geri qaytarılmayıb və onların yeri uzun müddət naməlum qalıb.