26 may 2026 02:04
84

“Volfsburq” ikinci Bundesliqaya düşdü

Almaniya Bundesliqasında növbəti mövsüm iştirak edəcək sonuncu klub müəyyənləşib. 

“İki sahil” xəbər verir ki, bu, “Paderborn” olub. İkinci Bundesliqanın üçüncüsü pley-off matçında “Volfsburq”dan üstün olub. “Paderborn” əlavə vaxtda istəyinə çatıb. 

“Paderborn” - “Volfsburq” - 2:1
Qollar: Pejçinoviç, 3 (0:1), Bilbija, 38 (1:1), Kurda, 100 (2:1)
Qırmızı vərəqə: Maehle, 14 (“Volfsburq”)
İlk oyun - 0:0

Bununla da “Volfsburq” ikinci Bundesliqaya yuvarlanıb. “Paderborn” isə yeni mövsümdə Bundesliqada iştirak hüququ qazanıb.