Milli Məclisin yaz sessiyası üzrə sonuncu plenar iclası başlayıb.
“İki sahil” xəbər verir ki, iclasın gündəliyində Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2025-ci ildə fəaliyyəti haqqında məlumatı, Azərbaycan Ali Məhkəməsinə, Bakı, Sumqayıt, Gəncə və digər şəhərlər üzrə məhkəmələrə hakimlərin təyin edilməsi haqqında məsələlər daxil olmaqla, ümumilikdə, 13 məsələ var.
İclasa spiker Sahibə Qafarova sədrlik edir.
Qeyd edək ki, yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir. Nazirlər Kabinetinin 2 dekabr 2025-ci il tarixli qərarına əsasən, bu il mayın 27, 28-i Qurban bayramıdır. Müstəqillik günü (28 may) iş günü hesab edilmir. Əmək Məcəlləsinə görə, Qurban bayramı iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşdükdə növbəti iş günü istirahət günü hesab edilir. Bu il Qurban bayramı Müstəqillik günü ilə üst-üstə düşdüyü üçün növbəti gün – 29 may istirahət günü olacaq. Eyni zamanda bu il 30 may şənbə, 31 may bazar gününə təsadüf edir. Bununla əlaqədar Milli Məclisin yaz sessiyası çərçivəsində son plenar iclası məhz bu gündür.
Sülh Şurasının baş müşaviri: Orta Dəhlizi dünyanın əsas ticarət marşrutlarından birinə çevirə bilərik
Ruhani lider: Azərbaycan insanlar arasında sülhün və qarşılıqlı anlaşmanın tapılması üçün çox yaxşı bir körpü ola bilər