Kənd Təsərrüfatı Nazirliyi işğaldan azad edilmiş ərazilərdəki torpaqların sahibkarlıq subyektlərinə icarəyə verilməsi üzrə IV investisiya müsabiqəsi elan edib.
"İki sahil" bu barədə nazirliyə istinadən xəbər verir.
Məlumata görə, müraciətlərin (ərizələrin) qəbulu ölkə Prezidentinin 27 noyabr 2024-cü il tarixli fərmanı ilə təsdiq edilmiş "İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə icarəyə verilməsi üzrə investisiya müsabiqələrinin keçirilməsi Qaydaları"na əsasən həyata keçiriləcək.
İcarə müqaviləsi ilkin olaraq 5 il müddətinə imzalanır. Həmin müddətin sonunda Qaydalara uyğun olaraq həyata keçirilən nəzarət tədbirlərinə əsasən, müsabiqə qalibinin Qaydaların və icarə müqaviləsinin tələblərinə əməl etdiyi (o cümlədən torpaqlardan səmərəli istifadə etdiyi) müəyyən edildikdə, icarə müqaviləsinin müddəti əlavə 44 ilə qədər uzadılır.
İnvestisiya layihəsinin istiqamətləri əkinçilik, bağçılıq, heyvandarlığın inkişafı, aqroturizm və balıqçılıq olmalıdır. Ərizələr iyulun 10-u, saat 18:00-a qədər Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi vasitəsilə qəbul olunur.
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti “açıq qapı günü” tədbiri keçirib
Qarabağ suvarma kanalının gücü artırılacaq, daha 51 min hektar torpaq suvarılacaq
UNEC Şanxay reytinqində dünya nəhənglərini iki mühüm göstərici üzrə geridə qoydu!