Milli Məclis Ali Məhkəməyə yeni hakimlərin təyin edilməsini təsdiqləyib.
“İki sahil” xəbər verir ki, bununla bağlı məsələ parlamentin bugünkü plenar iclasında müzakirə edilib.
Layihəyə əsasən, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Sənan Məmməd oğlu Qarayevin vəzifəsindən azad edilərək Azərbaycan Ali Məhkəməsinə hakim təyin edilir.
Bundan başqa, Xankəndi Şəhər Məhkəməsinin sədri İlkin Qismət oğlu Abdullayevin vəzifəsinin dəyişdirilərək Azərbaycan Ali Məhkəməsinin hakimi təyin edilir.
Sənəd müzakirədən sonra səsverməyə qoyularaq qəbul edilib.
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti “açıq qapı günü” tədbiri keçirib
Qarabağ suvarma kanalının gücü artırılacaq, daha 51 min hektar torpaq suvarılacaq
UNEC Şanxay reytinqində dünya nəhənglərini iki mühüm göstərici üzrə geridə qoydu!