Bərpa işləri Düzbilici-Vələsi-Çinarlar yolunun 5 və 8-ci km-də, həmçinin Şabran-Qalaaltı yolunun 6-cı km-də aparılır.
“İki sahil” xəbər verir ki, ərazilərdə qazıntı və əks-dolğu işləri aparılır, suötürücü borular bərpa edilir. Yaranmış problemlərin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər görülür. Məqsəd nəqliyyat əlaqəsinin qısa müddətdə tam bərpası və hərəkətin təhlükəsiz şəkildə təşkilidir.
Sel sularının yarada biləcəyi təhlükələrin qarşısını almaq üçün qabaqlayıcı addımlar atılır. Bərpa işləri Azərbaycan Respublikası Prezidentinin sərəncamına uyğun olaraq davam etdirilir.
UNEC Şanxay reytinqində dünya nəhənglərini iki mühüm göstərici üzrə geridə qoydu!
Kimya İnstitutunun gənc alimləri məktəblilərə kimyəvi təcrübələr nümayiş etdiriblər