Tarixi Zəfərimizlə başa çatan Vətən müharibəsindən sonrakı dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin müəssisələrində 3800 qaziyə reabilitasiya xidmətləri göstərilib. “İki sahil” xəbər verir ki, onların reabilitasiya potensiallarının reallaşdırılması məqsədilə peşəkar həkim komandası tərəfindən müasir və effektiv reabilitasiya üsulları tətbiq olunub. Aparılan işlərin nəticəsi olaraq həmin qazilərimizdən artıq 300-dək şəxs reabilitasiya olunaraq əvvəlki sağlamlıqlarına qovuşub və əlilliklərini geridə qoyublar.
Hazırda digər qazilərimizin reabilitasiyası istiqamətində işlər davam etdirilir.
Kimya İnstitutunun alimlərinin həmmüəllifi olduğu məqalə beynəlxalq elmi jurnalda dərc edilib
Kaspersky barkod skanerlərində anbarlara kiberhücumlara yol açacaq boşluq aşkarlayıb