Vaşinqton şəhərinin meri Myuriel Bauzer Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 108-ci ildönümü ilə bağlı 2026-ci il mayın 28 -ni Vaşinqton şəhərində Azərbaycanın Müstəqillik Günü elan edib və bununla bağlı bəyannamə imzalayıb.
“İki sahil” xəbər verir ki, bəyannamədə 2026-ci ildə həm də Azərbaycanda müstəqilliyin bərpasından 35 il keçdiyi bildirilir.
“Azərbaycan Demokratik Respublikası uzaqgörən inzibati islahatlar həyata keçirərək etnik mənsubiyyətindən, dinindən, sosial statusundan və ya cinsindən asılı olmayaraq bütün vətəndaşlar üçün tam vətəndaşlıq və siyasi hüquqları təmin etdi. Azərbaycanın Vaşinqtondakı səfirliyi və şəhərin aktiv Azərbaycan icması şəhərimizin mədəni, təhsil və iqtisadi quruluşunun ayrılmaz hissəsidir”,- deyə bəyannamədə qeyd olunur.
Hikmət Hacıyev: Yaxın Şərqdə münaqişənin kəskinləşməsi şəraitində Orta Dəhliz əlavə əhəmiyyət qazanır
Prezidentin köməkçisi: Türk dünyası yeni siyasi reallığa və geniş Avrasiya qitəsində əməkdaşlıq platformasına çevrilir