Dövlətimiz regionlarımızın, Qarabağın və Şərqi Zəngəzurun inkişafında çox böyük işlər görməkdədir. Müasir şəhərlərin, qəsəbələrin salınması və 30 ildən artıq dövr ərzində həsrətində olduğumuz o torpaqlara Böyük Qayıdışın təmin olunması çox şərəflidir.
“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət, İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında deputat Vüqar Rəhimzadə deyib.
O bildirib ki, Mənzil Məcəlləsində, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” və “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi olduqca vacibdir. Dəyərli bir dövr yaşayırıq. İnsanların qayıdışı, müvəqqəti sözündən xilas olması, əbədi olaraq öz ata-baba, dədə-baba torpaqlarına qayıdışı çox şərəflidir.
Hikmət Hacıyevin fikirləri "Türkiye Gazetesi"ndə təhrif olunmuş şəkildə təqdim edilib
Hikmət Hacıyev: Azərbaycan Ermənistanla sülh prosesini əməli addımlarla sübut edib
Vardanyanın cinayətləri ilə əlaqədar Nyu-York Universitetinin professoruna açıq məktub
2027-ci ildə Azərbaycan–Ermənistan sərhədinə qədər yol layihələrinin tamamlanması planlaşdırılır