KÖŞƏ

Əhməd Qurbanoğlu
ahmed-11@mail.ru

Bu qartımış “axçi” nə sayıqlayır belə?..

05 iyun 2026 00:57
89

Ermənistan-Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinə “açıq məktub” ünvanlayan Larisa Arakelyana özünün leksikonuna uyğun cavab

Bu günlərdə “Facebook” sosial şəbəkəsində təsadüfən qarşıma Larisa adlı,  Arakelyan soyadlı qartımış (profil şəklindən belə məlum olur) erməni qadının sicilləmə bir paylaşımı çıxdı. Rus dilində yazılmış “Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinə açıq məktub”  başlıqlı bu paylaşımın sərlövhəsində ünvanı “nümayəndələr” göstərilsə də, aprelin 10-12-də Azərbaycanda səfərdə olmuş Ermənistan vətəndaş cəmiyyəti nümayəndə heyətinin rəhbəri David Stepanyana müraciətlə başlayırdı. “Açıq məktub”un “Hörmətli David Stepanyan, sizə, bu qrupun  Ermənistan və Azərbaycan tərəflərini təmsil edən bütün üzvlərinə müraciət edirəm” sözləri ilə başlayan  ilk cümləsini oxuyarkən  ağlıma gələn fikir bu oldu ki,  yəqin uzun-uzadı paylaşımın məqsədi iki qonşu xalq arasında 40 ilə yaxın davam etmiş qanlı-qadalı münaqişə başa çatdıqdan sonra vətəndaş cəmiyyətlərinin regionda sülhə, təhlükəsizliyə, qarşılıqlı etimad mühitinin yaradılmasına xidmət edən təşəbbüslərini alqışlamaq, onlara dəstəyini ifadə etməkdir. Amma, ancaq, lakin  çifayda! Bu qartımış “axçi”nin  növbəti cümləsi bütün təsəvvürlərimi alt-üst etdi.

Abırsızlığın, həyasızlığın, simasızlığın, əxlaqsızlığın həddi-hüdudu olmazmış, İlahi! Mənsub olduğu vandal hay toplumunun son iki əsrdə, xüsusilə Qarabağ münaqişəsinin davam etdiyi 30 ildə xalqımıza qarşı bəşər tarixində misli görünməmiş qətliamlar, tükürpədici soyqırımları, terror aktları, hər dalğası dəhşət saçan deportasiyalarla və bənzəri olmayan digər saysız-hesabsız cinayət əməlləri ilə müşayiət olunan işğal siyasətini təcavüz qurbanlarının adına yazmaq cəhdində bulunan adam cildinə girmiş bu məxluqa nə deyəsən? Deyəsən ki, bağışlayın xanım, elə deyil, belədir? Başa düşəcəkmi? Başqa sözlə, şər, böhtan, iftira ilə dolu əməllərini  sübut etmək beləsinə təsir edərmi? Əsla! Əgər başa düşsəydi, mənsub olduğu vandal tayfasının  əməllərinin sübutu ona təsir etsəydi daha erməni olmazdı ki. Bircə yol qalır. Beləsinə  leksikonuna uyğun, yəni, özünün başa düşdüyü “dildə” (erməni dilini nəzərdə tutmuram) cavab vermək.  Elə isə al gəldi, qartımış “axçi!” 

Sənin sayıqlamalarının təfsilatına varmadan yalnız bəzi vaz keçilməsi mümkün olmayan məqamlara münasibət bildirmək istəyirəm. Bədnam “müraciət”inin əvvəlində əzəli və əbədi Azərbaycan torpağı Qarabağı utanıb-qızarmadan “artsax” (sarsaq ifadəsi daha çox yerinə düşür) kimi təqdim edib belə bir absurddan da absurd iddiada bulunursan ki, əcdadlarımızın  uyuduqları bu ərazilər onların  bizə vərəsəlik hüququ əsasında ötürdükləri torpaqlardır. Qadın olsan da ünvanına bu  fikri söyləməkdən qətiyyən çəkinmirəm. Başından böyük qələt edirsən. Sizin laməkan qaraçı əcdadlarınızın quyulandıqları torpaqlar bu gün abır-həya etmədən “artsax” adlandırdığın Qarabağ və digər tarixi Azərbaycan torpaqları deyil,  Hindistan çölləridir. Siz bu torpaqlarda iki əsr bundan əvvəl indi xəyanətkarcasına arxa çevirdiyiniz Rusiya tərəfindən məskuşlaşdırılmısınız. Yenə də utanıb-qızarmadan iddia edirsən ki, münaqişənin başlanğıcında guya Azərbaycandan 800 min, Naxçıvandan 14-15  min (sayıqlamağının mabədində bunu 17 minə qaldırırsan), daha sonralar isə qondarma “artsax respublikası”ndan 150 min erməni misli görünməmiş zorakılıqla qovulub. Hansı rəsmi  mənbədən götürmüsən bu uydurma rəqəmləri?

İndi mən həqiqəti deyim, sən də kar qulaqlarını açıb eşit. 1988-ci ildə əhalinin rəsmi siyahıyaalınmasına görə,  artıq gorbagor olmuş ovaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətindəki 120 min nəfər də daxil olmaqla  Azərbaycanda cəmi 480 min erməni yaşayırdı. Hələ onu demirəm ki, rəqəmlərin şişirdilməsinin adi hal aldığı keçmiş sovet rejimi dövründə bu göstəricinin özü belə  şübhə doğurmaya bilməzdi. Lakin bu, dəqiq faktdır ki, 2023-cü ildə sənin hayların  könüllü surətdə Qarabağdan Ermənistana köçərkən Azərbaycanın “Laçın” sərhəd-keçid məntəqəsində qeydiyyata alınan ermənilərin  sayı vur-tut 40 min nəfər idi. Belə olan halda haqqımız var soruşaq: məlum “açıq məktub”unda əvvəlcə Azərbaycandan 800 min, üstəgəl ayrıca subyekt kimi götürdüyün sənin qondarma “artsax”ından 150 min, onun da üstünəgəl Naxçıvandan 17 min erməninin qovulması ilə bağlı uydurma rəqəmləri haradan əldə etmisən? Bir anlığa fərz edək ki, sənin uydurduğun 800 min, 150 min və 17 min rəqəmləri həqiqəti əks etdirir.  Adicə ibtidai sinif şagirdi də bilir ki, bunları toplayanda edir 967 min. Bəs yaxşı, belə olduğu  halda daha sonra bir az da irəli gedərək münaqişə illərində bütövlükdə Azərbaycandan 1,5 milyon erməninin deportasiya olunduğunu  hansı faktlara əsaslanaraq iddia edirsən? Çətin sualdır, deyilmi? Deyəsən, milçəkdən fil düzəltməkdə mahir olan siz haylar üçün 1,5 milyon rəqəmi özünüzü beynəlxalq ictimaiyyətə  “yazıq”, “məzlum”, “əzabkeş”, “əzilən” “soyqırımına məruz qalmış” xalq kimi təqdim etməkdə çox vacib vasitədir. Bu səbəbdən sən də  əsl erməni xislətinə uyğun olaraq  havadan götürülən rəqəmlərlə manipulyasiya edəndə qətiyyən utanıb-qızarmırsan. Məşhur Azərbaycan zərb-məsəlində deyildiyi kimi, utanmasan oynamağa nə var ki...

Hirslə, hikkə ilə yazdığın “açıq məktub”unda özünüzün absurd  “hüquqlarınızdan” geninə-boluna bəhs edirsən, amma sonuncu hərbi təcavüzün dalğasında bu gün Ermənistan adlandırılan tarixi Qərbi Azərbaycan torpaqlarından 300 min, bizim ölkəmizin  daxilindən, yəni 30 il işğalda saxladığınız Qarabağdan və ətraf rayonlardan 700 min azərbaycanlıya qarşı görünməmiş vəhşiliklər, analoqu olmayan qətliamlar, tükürpədən soyqırımı aktları  törətməyinizdən, onları öz əzəli  torpaqlarında əzablı qaçqın-köçkün həyatı yaşamağa məcbur etməyinizdən bircə kəlmə də danışmırsan. Əvəzində dəfələrlə “Azərbaycanlıların Ermənistandan könüllü surətdə köçdüyünü”, hətta onlara kompensasiya verildiyini xatırladırsan. Bəlkə  sənin leksikonunda etnik təmizləmə, kütləvi qırğınlar, tükürpədici soyqırımları ilə müşayiət olunan zorakı deportasiyalar “ könüllü köçmə” anlamına gəlir? Yüzlərlə bu kimi faktların etirafını sənin və sənin  kimi düşünən vandal təfəkkürlü hayların  kif atmış vicdanının öhdəsinə buraxıb  təkcə birini  daltonik xəstəliyindən əziyyət çəkən  gözlərin önünə sərmək istəyirəm. Bəlkə sən də digər vandal xislətli haylar  kimi 1988-ci ilin noyabr ayında ovaxtkı  Ermənistan SSR-in Quqark  rayonunda qaniçən  erməni quldur  dəstələri tərəfindən körpəsinə, qocasına, qadınına rəhm edilmədən  günahsız azərbaycanlıların  iri diametrli dəmir borulara doldurularaq hər iki çıxışının qaynaq  edilməsini onlara kompensasiya ödənilməsi kimi başa düşürsən?

Nəhayət,  mayası yalan, böhtan, iftira ilə yoğrulmuş “şanlı açıq məktub”nun son akkordlarında, necə deyərlər, lap gül vurursan. Yazırsan ki,  biz müharibəni ona görə uduzmadıq ki, döyüşməyi bacarmırıq. Ona görə uduzduq ki, bizə- artsax xalqına, Ermənistana və diosporun könüllülərinə qarşı 5 ölkə vuruşurdu. Yenə də manipulyasiya, yenə də yalan, yenə də böhtan, yenə də iftira, yenə də biabırçı məğlubiyyətə uğursuz haqq qazandırmaq cəhdi! Özün də kor gözlərinin içinə kimi yalan danışdığını yaxşı bilirsən. Əvvəla, ona görə ki, yoxdur belə bir fakt. İkincisi, əgər əlində beş demirəm, bircə dənə belə  fakt olsaydı həmin ölkənin adını bir neçə dəfə böyük hərflərlə yazardın. Bəlkə,  44 günlük müharibədən sonra sənin öz ermənin, Ermənistanın baş naziri Nikol Paşinyanın keçmiş həyat yoldaşı Anna Akopyanın  hay kişilərəni faktların və rəqəmlərin dili ilə necə rüsvay etdiyini, onların qorxaq, rəzil simalarını neçə faş edib ortaya qoyduğunu unutmusan? Əgər unutmusansa, buyur, bu da faktlar.

Anna Akopyan bildirib ki, müharibə zamanı ali baş komandan erməni kişilərini “vətəni” müdafiə etməyə çağıranda onların  hamısı qaçıb arvadlarının tumanının altında gizləndilər: “Mən bir qadın olaraq özüm dəstə yaratmaq qərarına gəldim ki, kişilər buna böyük ehtiyac olduğunu görsünlər. Görsünlər ki, silahlı dəstə yaradıb öz vəzifələrini yerinə yetirməyə, dəstələr formalaşdırmağa gedənlər qadınlardır. Kişilərin buna reaksiyası yaxşı olmadı, kişilərimiz buna qoşulmadılar.” Anna Akopyan açıq şəkildə etiraf edib ki, müharibə zamanı Ermənistan ordusunun 25 faizi, başqa sözlə, hər dörd nəfərdən biri fərarilik edib. O, bildirib ki, ümumiyyətlə, fərarilik edənlərin sayı 11 min nəfərdən çox olub. Sabiq birinci xanım, eyni zamanda,  üstüörtülü şəkildə onu da etiraf edib ki, polis qaçan əsgər və zabitləri zorla irəli getməyə məcbur etməsəydi, onların  ayaqlarını hərbi avtomobillərə qandallamasaydı Ermənistan ordusunun yarısından çoxu fərari olardı. Döyüşkən ordu beləmi olur, ay rəngləri qarışdıran (daltonik) dil pəhləvanı!

...Və sonda. Larisa Arakelyan, yəqin ki,  Bakıda doğulub boya-başa çatmış, özünün də etiraf etdiyin kimi, komfort şəraitli evdə yaşamış, torpağımızın suyu, çörəyi, havası ilə ətə-qana dolmuş biri olaraq biz azərbaycanlıların məşhur “Qozbeli qəbir düzəldər” atalar məsəlini yaddan çıxarmamısan. Bəli, həqiqətən də qozeli qəbir düzəldər. Amma  bu həqiqətin sənə və sənin kimi düşünən haylara qətiyyən  aidiyyəti yoxdur. Çünki səni və sənin kimi düşünən hayları  heç qəbir də düzəldə bilməz. Sənin kimi düşünən haylar isə çoxdur. Lap çox...