KÖŞƏ

Əhməd Qurbanoğlu
ahmed-11@mail.ru

Rusiya əcdadlarının əkdiyini biçir...

02 iyul 2026 23:16
112

Günün nəbzi

Mübaliğəsiz demək olar ki, Ermənistanda 7 iyun parlament seçkiləri ərəfəsində və seçkilərdən dərhal sonra Rusiya ilə onun keçmiş vassalı arasında siyasi gərginliyin kulminasiya nöqtəsinə yaxınlaşması beynəlxalq gündəmi zəbt edən əsas hadisələr sırasında yer almaqdadır. Xüsusilə parlament seçkilərində fəaliyyətdə olan baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi Qərbyönümlü “Vətəndaş Müqaviləsi” Partiyasının Ermənistanın sabiq ağası tərəfindən idarə olunması qətiyyən şübhə doğurmayan siyasi rəqibləri üzərində inamlı qələbəsindən sonra Rusiya bu Cənubi Qafqaz ölkəsinə qarşı iqtisadi təzyiq mexanizmlərini işə salmağa başlayıb. Buna cavab olaraq hazırkı  Paşinyan  hökumətində faktiki olaraq ikinci şəxs statusunu daşıyan  parlamentin sədri Alen Simonyanın erməni jurnalistlərlə söhbəti zamanı Rusiyanın ölkəsindən bir sıra kənd təsərrüfatı məhsullarının idxalına tətbiq etdiyi məhdudiyyətləri nəzərdə tutaraq "Biz ölkənin azadlığını çiyələyə dəyişməyəcəyik. Azadlığın qiyməti çiyələk, badımcan və ya xiyar ola bilməz” deməsi, həmçinin  digər yüksək çinli yanların biri-birinin ardınca səsləndirdikləri anti-Rusiya ruhlu bəyanatlar və açıqlamalar  rəsmi Moskvanı əməlli-başlı cin atına mindirib. Bu məqamda ortaya haqlı sual çıxır: təkcə bəyanatlar və açıqlamalarmı? Təbii ki, yox. Bu bəyanatların və açıqlamaların hər birinin arxasında Rusiyanın siyasi, diplomatik və hərbi rəhbərliyini nəinki qıcıqlandıran, hətta hiddətləndirən davranışlar özünü açıq-aşkar büruzə verməkdədir.

Gəlin, bütün bunlarla  bağlı son illərin statistikasına bir daha  qısa nəzər salaq. Əvvəlcə Paşinyan və ətrafı İkinci Qarabağ müharibəsi zamanı Hayastana hərbi yardım göstərməməsini bəhanə edərək üzvü olduğu Kollektiv Təhlükəsiizlik Müqaviləsi Təşkilatının (KTMT)  Ermənistanda keçirilməsi nəzərdə tutulan hərbi təlimlərinə ev sahibliyindən boyun qaçırdı. Bununla ürəyi soyumayan rəsmi İrəvan özünün Rusiyanın dominantlıq etdiyi bu hərbi-siyasi ittifaqdakı nümayəndəsini də geri çağırdı və ümumiyyətlə, KTMT-nin təlimlərində iştirakdan birdəfəlik imtina etdi. Daha sonra isə Paşinyan hökuməti  bir qədər də  irəli gedərək özünün əzəli ağası ilə bütün körpüləri yandırmaq yolunu seçdi. Yəqin ki, diqqəli oxucularımız Ermənistanın baş naziri Nikol Paşinyanın İtaliyanın “La Repubblika” qəzetinə müsahibəsində səsləndirdiyi siyasi partlayış effekti doğuran aşağıdakı  fikirləri  və bundan sonra cərəyan edən hadisələri unutmayıblar: ”Müşahidələrimiz onu deməyə əsas verir ki, bir gün, bir ay və ya bir il sonra Rusiyanın Cənubi Qafqazı sadəcə olaraq tərk etdiyini görəcəyik... Rusiya özü atdığı və ya atmadığı addımlara görə bölgədən gedir. Hansı səbəblərdən? Biz bilmirik. Mən bunun səbəblərini təxmin edə bilərdim, amma indi etməyəcəyəm. Bəzi proseslər bizi elə bir fikrə gətirib çıxarır ki, bir gün sadəcə ayılıb Rusiyanın burada olmadığını görəcəyik...”

Oxu atıb yayı gizlətməyə çalışan Paşinyan müsahibəsində bilərəkdən, ya bilməyərəkdən söylədiyi sonrakı mülahizələrlə “Hansı səbəblərdən” sualına bir növ öz  məntiqi ilə aydınlıq gətirmiş olur: “Ermənistanın təhlükəsizlik arxitekturası 99,99 faiz Rusiya ilə bağlı olub, həmçinin silah və sursat alınması da buraya daxildir. Amma bu gün vəziyyət elədir ki, Rusiyanın özünün silaha, sursata ehtyacı var. Aydındır ki, Rusiya Federasiyası istəsə də Ermənistanın təhlükəsizlik ehtiyaclarını təmin edə bilməz. Yəni, bu, göstərir ki, təhlükəsizlik sferasında yalnız bir yerdən asılı olmaq və ya ona bağlanmaq özü-özlüyündə strateji səhvdir”. Bax, burada, necə deyərlər, xoruzun qıpqırmızı quyruğu görünür. Diplomatik dildən adi danışıq diliinə tərcümə etsək bu fikir məşhur meyxanada deyildiyi kimi,  belə başa düşülə bilər: “Tı kto takoy, davay dosvidaniya...” Hətta onu belə də anlamaq mümkündür: “Bugünkü Rusiya artıq batmaqda olan gəmini xatırladır və biz bu gəmidə olub onunla birlikdə boğulmaq istəmirik.” Yəni, xəyanətkarlıqda, “”su içdiyi qaba tüpürməkdə” tayı-bərabəri olmayan erməni xislətinə malik Paşinyan bununla həm də onu demək istəyirdi ki, nə qədər ki, Rusiya Ermənistanın təhlükəsizlik arxitekturasını 99,99 faiz təmin edirdi Cənubi Qafqazda qala bilərdi, indi isə “öz başının milçəyini qova bilməyən”, bu səbəbdən də artıq Hayastana lazım olmayan keçmiş supergüc bu regionu tərk etməlidir. Bu qədər  açıq-aşkar və bu qədər  konkret...

Təbii ki, bu tipli bəyanatlar və açıqlamalar, eyni zamanda, Ermənistanın üzvü olduğu, faktiki olaraq Rusiyanın rəhbərlik etdiyi KTMT-nin təlimlərini pozmasına rəğmən qəflətən  özünün 200 illik ağasının razılığını almadan onun bir nömrəli düşməni olan NATO-ya üz tutması rəsmi Moskva tərəfindən susqunluqla qarşılana bilməzdi. Söhbət NATO-nun aparıcı qüvvəsinin -Birləşmiş Ştatlar ordusunun de-fakto həmin vaxtadək  Rusiyanın forpostu kimi tanınan Hayastana  gətirilməsindən və burada sentyabrın 11-də, yəni beynəlxalq terrorizmlə mübarizə günündə başlayan və on gün davam edən ABŞ-Ermənistan birgə  hərbi təlimlərindən gedir. Şübhəsiz, bu kimi  olaylara, o cümlədən Rusiya-Ukrayna müharibəsi başlayan gündən etibarən  bir müddət  “əzəli müttəfiqinin” yanında olan Ermənistanın baş naziri Nikol Paşinyanın birdən-birə öz siyasi  kursunu 180 dərəcə bucaq altında dəyişib Ukraynaya ilk dəfə  humanitar yardım adı altında nəsə göndərməsinə, hətta keçmiş həyat yoldaşı Anna Akopyanı  birinci ledilərin sammitində iştirak və çıxış etmək üçün Kiyevə yollamasına, İrəvanda rusiyalı jurnalistləri casus adı ilə həbs etdirməsinə və digər “xəyanətkar davranışlarına” qarşı tərəfin kəskin reaksiya verməsinin səbəbi başadüşüləndir. 

Həmin olaylara və rəsmi İrəvanın sonrakı qeyri-adekvat davranışlarına  Rusiya tərəfinin xarici işlər naziri Sergey Lavrovun, Prezidentin mətbuat katibi Dmitri Peskovun və Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın dili ilə təmkinli cavab verməyə çalışsa da (hərçənd onlar şərhlərində nə qədər korrekt olmağa cəhd etsələr də əsəbilik, pərtlik hər kəlmələrində özünü büruzə verir) onun təbliğat ruporlarının-politoloqların, jurnalistlərin, siyasi şərhçilərin, ictimai-siyasi xadimlərin keçmiş vassallarının xəyanətkar davranışlarına münasibətləri son dərəcə təhqiramiz, aşağılayıcı, alçaldığı, hətta hədə-qorxu, təhdid dolu fikirlərlə müşayiət olunmaqdadır. Məsələn, tanınmış hərbi və siyasi analitik Yevgeni Mixaylov  o zaman ABŞ-Ermənistan birgə hərbi təlimlərini Rusiyaya qarşı açıq çağırış kimi dəyərləndirərək bildirmişdi: “Rusiya Federasiyası yüz ildən çoxdur ki, həm erməni xalqının, həm də Ermənistan dövlətçiliyinin təhlükəsizliyinin zəmanətçisidir. Düşünürəm ki, KTMT üzvü olan bir ölkənin amerikalılarla birgə təlimlər keçirərək Rusiyaya bu qədər xəyanətkar zərbə endirməyə haqqı yox idi...Ermənilərin Qarabağdakı Rusiya sülhməramlılarına qarşı təxribatı, Rusiyanın Gümrüdəki hərbi bazası önündə mitinqi, Ermənistan baş nazirinin xanımı Anna Akopyanın Kiyevə səfəri, indi isə biz ABŞ-la təlimləri görürük. Fikrimcə, rəsmi Moskva İrəvanın bu addımlarından lazımi nəticəni çıxarmalıdır.”

Bax, belə!  İşğalçı ölkədə son parlament seçkilərindən sonra Ermənistan hakimiyyətinin 3-4  il əvvəlki davranışlarını və qarşı tərəfin buna hədə-qorxu, təhdid dolu nritoriklar ilə cavabını bir daha  xatırlatmağımız təsadüfi deyil. Məsələ burasındadır ki, Rusiya siyasi elitasının keçmiş vassalına qarşı həmin ritorikası Ermənistandakı son seçkilərdən sonra daha aqressiv xarakter alıb. Səbəbi aydındır. Axı, bir vaxtlar Kremlin əsas təbliğat ruporlarından olan Marqatita Simanyanın bəyan etdiyi “Bizim Paşinyanla ümumi heç nəyimiz ola bilməz. Və biz (Rusiya) hər şey etməliyik ki, Ermənistanda hakimiyyətə “normal adamlar” gəlsin...” məqsədinə nail olunmayıb. Əksinə, parlament seçkilərində Paşinyanın qələbəsindən sonra keçmiş vassal əvvəlki ağasını daha kəskin davranışları ilə qıcıqlandırmaqda davam edir.  Məhz bu səbəbdən son günlər demək olar ki, Rusiyanın bütün ictimai-siyasi, hərbi, diplomatik  dairələri, mediası səhərdən-axşamadək ermənilərin xəyanətindən, xilaskarlarının kürəyinə xaincəsinə xəncər saplamasından və digər antibəşəri xislətlərindən yana-yana bəhs edirlər. Hətta ən təmkinli siyasətçilər belə bu zaman əsəblərini cilovlaya bilmir, bu xain toplumun əməllərindən yana-yana, odlana-odlana söz açırlar. Bu günlərdə, daha dəqiq desək, iyunun 15-də işğalçı dövlətin Müdafiə Nazirliyinin NATO-nun üzvü olan  ABŞ, Fransa və  Yunanıstanın Ermənistanla birlikdə  bu ölkədə “Qartal Tərəfdaşı 2026” adlı hərbi təlim keçirəcəkləri barədə yaydığı məlumat Rusiyanın ictimai-siyasi və hərbi dairələrində sözlə ifadə oluna bilməyəcək dərəcədə hiddət doğurub.

Bu məqamda zaman-zaman  xain, satqın, vəhşi  erməni toplumunu qoynunda bəsləyənlərə tarixi həqiqəqləri xatırladaraq  demək istəyirik: Əsəbləşimə, Rusiya, bu gün əcdadlarının vaxtilə bizim Cənubi Qafqazımızda (bəli, məhz bizim!) əkdikləri zəhərli toxumun “məhsulunu” biçirsən! Etiraz edib deyə bilərsiniz ki, daim özünü bizə sədaqətli, sadiq köpək kimi göstərən xain  hayları yaxşı tanımamışıq. Onların bu dərəcədə xəyanəkar, rəzil, “çörəyi dizinin üstündə olan” vəhşi toplum olduğunu bilməmişik. Bu iddialarla qətiyyən razılaşa bilmərik. Axı, sizin dahi şəxsiyyətləriniz, görkəmli mütəfəkkirləriniz, hətta bu vəhşi, qaniçən toplumun vaxtilə Türkiyədən və İrandan Azərbaycan ərazilərinə köçürülməsinə rəhbərlik etmiş diplomatlarınız, sərkərdələriniz  zaman-zaman erməni xislətini tam çılpaqlığı ilə açıb ortaya qoyublar.

“Sən qulsan, sən oğrusan, sən qorxaqsan, sən ermənisən.”  Haylara bu “diaqnozu” bütün dünyada sevilən dahi  şairiniz Aleksandr Puşkin qoyub. “Əlahəzrət, mərkəzi rus torpaqlarında ermənilərin məskunlaşmasına icazə verməyin. Onlar elə tayfadırlar ki, bir neçə il yaşadıqdan sonra dünyaya hay-küy salacaqlar ki, bura bizim qədim dədə-baba torpağımızdır.” Bu sitat isə İrandan ermənuilərin Azərbaycan ərazilərinə köçürülməsinə rəhbərlik etmiş tanınmış diplomat və yazıçınız Aleksandr Qriboyedovun Rusiya imperatoruna məktubundan görürülüb. “11-12-mart gecələrində erməni cəlladları Ərzincan ətrafındakı ərazilərdə müsəlmanları süngülər və baltalarla qətlə yetirdilər. Bu vəhşilər öz qurbanlarını əksərən öz məşum planları məqsədi ilə qazılmış xəndəklərə atırdılar. Mənim yavərim iki yüz belə xəndək saymış və cinayətlərin üstünü açmışdı.” Bu tükürpədici cümlələr Rusiya ordusunun generalı L.Odişelidzenin hərbi  komandanlığa 1915-ci il tarixli raportundandır. “Ermənilər hər cür bəhanə ilə hay-küy qoparmaq qabiliyyətinə malikdirlər. Onları özgə evinə buraxmadıqda, yaxud hər hansı bir hiylələrinin üstünü açdıqda, ya da oğrularını məhkəməyə verdikdə təkcə özləri hay-küy qoparmırlar, həm də özgə xalqdan olan, səfeh, yaxud satqın adamları da hay-küy qoparmağa məcbur edirlər.”  Sizin görkəmli  səyyahınız və tədqiqatçınız V. Veliçko keçmiş vassalınızı  belə xarakterizə edib. “Ermənilərin xalq qəhrəmanlığı barəsində bir şey eşidən olubmu? Onların azadlıq uğrundakı mübarizələrinin adları harada həkk edilib? Heç yerdə!” Bu fikir isə vəhşi erməni toplumunun xislətinə yaxından bələd olan diplomatınız Mayevskiyə məxsusdur.

Yenə sadalayaqmı? Zənnimizcə, kifayərdir. Bir sözlə, nə kükrə, nə coş, nə də əsəbiləş, Rusiya!  Bütün bunları, yəni, keçmiş nökərinin  bugünkü cümlə xəyanətlərini  tarixin növbətu ironiyası kimi qəbul et!..