Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) Bakıda və regionlarda (Xaçmaz, Şamaxı, Salyan, Tovuz, Ucar, İmişli) epidemioloq vəzifəsinə peşəkar kadrları işə dəvət edir.
“İki sahil” xəbər verir ki, namizədə dair tələblər bunlardır:
• Ali tibbi təhsil (həkim, epidemiologiya, gigiyena və ya tibbi profilaktika ixtisası üzrə);
• Qida mənşəli xəstəliklər və zəhərlənmələr üzrə araşdırma aparmaq bacarığı;
• Epidemioloji nəzarət prinsipləri, xəstəliklərin yayılma dinamikası və risk analizi üsulları haqqında biliklər;
• Kompüter, statistika və məlumat bazaları ilə işləmə bacarığı.
Vəzifə öhdəlikləri:
• Regionlarda qida mənşəli xəstəliklər və kütləvi zəhərlənmə hadisələri üzrə epidemioloji araşdırmalar aparmaq;
• Epidemioloji məlumatları toplamaq, emal etmək, təhlilini aparmaq və hesabatlarını hazırlamaq;
• Qida zəncirinin müxtəlif mərhələlərində yoluxucu xəstəliklərin yayılma risklərini qiymətləndirmək;
• Laborator nəticələrlə epidemioloji məlumatları inteqrasiya və interpretasiya etmək;
• Epidemioloji nəzarət və erkən xəbərdarlıq sistemlərinin təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq;
• Qida təhlükəsizliyi sahəsində epidemioloji risklərin idarə olunmasına dair təlimat və tövsiyələrin hazırlanmasında iştirak etmək.
Əlavə məlumatlar:
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsində “Epidemioloq” qeyd edərək hr@afsa.gov.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Son müraciət tarixi: 04.07.2026