Emosional gərginlik əsasən 13–17 yaş aralığında daha kəskin müşahidə olunur. Bu dövr hormonal dəyişikliklərin intensiv olduğu mərhələdir. Beynin emosiyaları idarə edən hissəsi hələ tam inkişaf etmədiyi üçün impulsiv davranışlar artır. Yeniyetmə həm uşaqlıqdan uzaqlaşır, həm də yetkinliyə tam çatmır, bu da daxili ziddiyyət yaradır.

Bunu “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri, “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin sədri, psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayeva “İki sahil”ə özəl açıqlamasında qeyd edib.
Psixoloq vurğulayıb ki, sosial qəbul olunmaq istəyi və rədd edilmə qorxusu da stressi artırır. Bu yaşda valideynlərlə konfliktlər daha çox baş verir. Özünü ifadə etməkdə çətinlik isə aqressiya kimi üzə çıxa bilər. Yəni bioloji və sosial faktorlar bu dövrdə üst-üstə düşür.
Yaqut Ağaşahqızı, “İki sahil”
Donald Tusk: Aİ Ukrayna üzrə üçtərəfli danışıqlar barədə ehtiyatlı nikbinlik nümayiş etdirir
Vüqar Rəhimzadə: Müxtəlif xalqlar və mədəniyyətlər arasında dialoqun və əməkdaşlığın inkişaf etdirilməsi əsas çağırışlardandır
"The Guardian": İsrail İordan çayının qərb sahilinə yollanan Avropa və ABŞ nümayəndələrini saxlayıb
Britaniya Aİ ilə insanların sərbəst hərəkətinin bərpası barədə danışıqlar aparır