Livan İsraillə qeyd-şərtsiz quruda, havada və dənizdə tam və hərtərəfli atəşkəs təmin olunması mövqeyindən çıxış edir.
“İki sahil” IRIB-yə istinadla xəbər verir ki, bunu Livan parlamentinin sədri Nəbih Berri deyib.
"Bizim mövqeyimiz qeyd-şərtsiz olmadan quruda, havada və dənizdə tam və hərtərəfli atəşkəsdir",- parlament sədri İsraillə əldə edilmiş atəşkəs rejiminin şərtlərinin yerinə yetirilməsinə dair razılıq barədə bildirib.
N. Berri qeyd edib ki, "bufer zona" anlayışı qəbuledilməzdir.
"Biz yalnız köçkünlərin qayıdışı ilə eyni vaxtda İsrailin geri çəkilməsini və Livan ordusunun bölgəyə daxil olmasını qəbul edirik", - parlament sədri vurğulayıb.
"Tam atəşkəs əldə olunduqdan sonra İsrail ordusunun Livan ərazisindən və "Hizbullah"ın Litani çayının cənubundan eyni vaxtda geri çəkilməsi barədə danışıqlar aparacağıq", - o, müzakirələrin gələcək istiqaməti barədə danışarkən deyib.