10 iyun 2026 11:13
87

“Sosial saat”ın növbəti buraxılışı sosial təminat sahəsi ilə bağlı olacaq

Son illər ölkəmizdə reallaşdırılan ardıcıl sosial islahatların mühüm tərkib hissəsi olaraq, sosial təminat sisteminin gücləndirilməsi və əhatə dairəsinin genişləndirilməsi, pensiya və digər sosial ödənişlərin artırılması istiqamətində mühüm irəliləyişlərə nail olunub. Habelə sosial təminat sahəsində əhaliyə xidmətlərin innovativ həllər, proaktiv mexanizmlər əsasında vətəndaş məmnunluğuna uyğun təşkilinə nail olunub.

“İki sahil” xəbər verir ki, 11 iyun saat 11:30-da DOST TV-də canlı yayımlanacaq “Sosial saat”ın növbəti buraxılışında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya və digər sosial ödənişlər üzrə təminat departamentinin müdiri Eyvaz İsmayılov bu mövzudan, habelə sosial ödənişlərin təyinatı qaydalarından bəhs edəcək.

Veriliş boyu izləyicilərin pensiya və müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımla bağlı sualları da cavablandırılacaq.