Fövqəladə Hallar Nazirliyinin qüvvələrinin operativ müdaxiləsi sayəsində Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində çoxmərtəbəli yaşayış binasında yerləşən obyektdə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
“İki sahil” xəbər verir ki, FHN-in qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə edilib.
Hadisə zamanı xəsarət alan olmayıb.
Əhalinin içməli suya olan tələbatının ödənilməsi istiqamətində bir sıra layihələr həyata keçirilir
Mirsaleh Seyidov Penitensiar Xidmətin rəisi vəzifəsindən azad edilib, xidmətə yeni rəis təyin edilib
Kamran Bayramov: VII Forum Azərbaycanın multikulturalizm ənənələrini nümayiş etdirir