Düşünürəm ki, Azərbaycan hazırkı geosiyasi vəziyyətdə çox mühüm əhəmiyyət daşıyır. Çünki o, böyük dövlətlərin və böyük güclərin arasında yerləşir. Azərbaycan insanlar arasında sülhün və qarşılıqlı anlaşmanın tapılması üçün çox yaxşı bir körpü və məkan ola bilər.
“İki sahil” xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında müasir dövrün ən tanınmış ruhani liderlərindən biri olan Sri-Sri Ravi Şankar deyib.
O, fikirlərinə belə davam edib: "Mən hiss edirəm ki, bu cəmiyyət və bu ölkə çox gözəl inkişaf edib. Çox gözəl yolları, binaları və insanları var. Azərbaycan xalqı çox mehriban və qonaqpərvərdir. Burada həm qədim mədəniyyət, həm də müasir dünyagörüşü qorunub saxlanılır. Həyat ağac kimi olmalıdır: yeni tumurcuqları, yeni yarpaqları və dərin kökləri olmalıdır. Azərbaycan çox qədim bir torpaq kimi bunların hər ikisini qoruyub saxlaya bilir. Həmçinin görürəm ki, burada qadınlar cəmiyyət həyatında fəal iştirak edirlər. Bu, çox müsbət və təqdirəlayiq haldır".
Qırğızıstan mediası Prezident İlham Əliyevin səfərini işıqlandırmaqda davam edir
Birinci vitse-prezident Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edib
Prezident İlham Əliyev İsveçrə Prezidentini milli bayramları münasibətilə təbrik edib