11 iyun 2026 01:20
93

DÇ-2026-nın rəsmi himni təqdim edildi - VİDEO

FİFA 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatının rəsmi himnini ictimaiyyətə təqdim edib.

“İki sahil” xəbər verir ki, turnirin rəsmi musiqisi “DNT” adlanır və artıq FİFA-nın Dünya Kuboku platformalarında yayımlanmağa başlayıb.

Kompozisiya beynəlxalq musiqi əməkdaşlığının məhsuludur. Layihədə məşhur italiyalı tenor Andrea Boçelli, fransız DJ David Guetta, amerikalı reper “Megan Thee Stallion” və EJAE iştirak ediblər.