11 iyun 2026 01:55
77

Yardımlının bir neçə kəndində qaz olmayacaq

Bu gün Yardımlı rayonunun Şəfəqli, Perimbel, Şiləvəngə və Cerimbel kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

“İki sahil” xəbər verir ki, Bu barədə "Azəriqaz" İB məlumat yayıb.

"Payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar 11.06.2026-cı il tarixində saat 10:00-dan işlər yekunlaşanadək Yardımlı rayonunun Şəfəqli, Perimbel, Şiləvəngə və Cerimbel kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq", - məlumatda bildirilib.