İyunun 16-dan Bakı metropoliteninin hərəkət cədvəli dəyişdiriləcək. Ali məktəblərdə və ümumtəhsil müəssisələrində müntəzəm tədris prosesinin başa çatması, həmçinin fəal istirahət dövrünün başlanması ilə əlaqədar sərnişin axınının azalmasını nəzərə alan Bakı Metropoliteni qatarların hərəkətini yay qrafikinə uyğun təşkil edəcək.
“İki sahil” xəbər verir ki, dəyişiklikdən sonra “28 May−Əhmədli” sahəsində qatarlararası interval iş günləri pik saatlarda 2 dəqiqə 18 saniyə, şənbə günlərində 2 dəqiqə 30 saniyə, bazar günlərində isə 3 dəqiqə olacaq. “Bakmil” və geri istiqamətdə hərəkət cədvəli Bakı metropoliteninin saytında dərc ediləcək. Bənövşəyi xətt, həmçinin “Cəfər Cabbarlı−Xətai” və “Həzi Aslanov−Əhmədli” mənzillərində qatarların hərəkət cədvəli dəyişməyəcək. Nəzarət tədbirləri və monitorinqlər davam etdiriləcək, zərurət yarandıqda xəttə buraxılması üçün ehtiyat qatarlar hazır saxlanılacaq.
Yay hərəkət qrafiki yeni tədris mövsümü başlanana qədər qüvvədə olacaq.
VII Dialoq Forumu: Beynəlxalq təşkilatların və nazirlərin xüsusi birgə sessiyası işə başlayıb
Kürdəmir rayonunda YAP-ın VIII Qurultayının nəticələrinə həsr olunan tədbirlər keçirilib
YAP Bərdə rayon təşkilatının ərazi partiya təşkilatlarında müşavirələr davam etdirilir