13 iyun 2026 18:04
159

Azərbaycan ilə ABŞ arasında potensial investisiya layihələri dəyərləndirilib

Azərbaycan-ABŞ Strateji Tərəfdaşlıq Xartiyasına uyğun olaraq potensial investisiya layihələri və İqtisadi Dialoq çərçivəsində təşəbbüslərin reallaşdırılması imkanları dəyərləndirilib.

“İki sahil” xəbər verir ki, bu barədə müzakirələr iqtisadiyyat naziri Mikayıl Cabbarovla ABŞ-ın Beynəlxalq İnkişaf üzrə Maliyyə Korporasiyasının baş icraçı direktoru Ben Blək arasında baş tutan görüşdə aparılıb.

"Azərbaycanın investisiya prioritetləri, ABŞ-ın maliyyə institutları ilə birgə fəaliyyət imkanlarını müzakirə etdik", - M. Cabbarov "X" sosial şəbəkəsindəki hesabında yazıb.