Ulu Öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi və davamlı inkişafının təmin edilməsi üçün təməl qoydu.
“İki sahil” xəbər verir ki, bu, Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) 15 iyun – Milli Qurtuluş günü münasibətilə "X"dəki hesabındakı paylaşımında yer alıb.
"15 iyun - Milli Qurtuluş Günü münasibətilə, ölkəmizin müstəqilliyinin qorunması, sabitliyin saxlanılmaı və inkişaf yoluna qədəm qoyması ilə əlamətdar olan müasir Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi olan bütün soydaşlarımızı ürəkdən təbrik edirik! Ulu Öndər Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə qayıdaraq Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi və davamlı inkişafının təmin edilməsi üçün təməl qoydu.
Milli Qurtuluş Günü münasibətilə xalqımıza sülh, firavanlıq və tərəqqi arzulayırıq!", - paylaşımda qeyd olunub.
Parlamentlər arasında əməkdaşlığın gücləndirilməsi inklüziv inkişafa xidmət edir
Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin fəaliyyəti əhəmiyyətli dərəcədə inkişaf edib
Sahibə Qafarova: Parlament diplomatiyası çoxtərəfli əməkdaşlığın inkişafında mühüm rol oynayır
Vüqar Rəhimzadə: Tibb işçilərinin sosial rifahının gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib