Türkiyənin Azərbaycandakı Səfirliyi Azərbaycanla Türkiyə arasında imzalanan Şuşa bəyannaməsinin 5 ili münasibətilə paylaşım edib.
“İki sahil” xəbər verir ki, bu barədə səfirliyin "X" hesabında bildirilib. "Azərbaycanla müstəsna qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərimiz beş il əvvəl bu gün hörmətli Prezidentimiz və Prezident İlham Əliyev tərəfindən imzalanmış Şuşa Bəyannaməsi ilə yeni və tarixi mərhələyə qədəm qoyub. Şuşa Bəyannaməsinin müəyyən etdiyi hədəflər və ortaq gələcək baxışı əsasında, can Azərbaycanla əməkdaşlığımızı bütün sahələrdə daha da gücləndirərək inkişaf etdirməyə qətiyyətlə davam edəcəyik", - deyə paylaşımda qeyd edilib.
Media və Yayım Şurası Azərbaycan haqqında saxta məlumatların yayılmasını qətiyyətlə pisləyib
Vüqar Rəhimzadə: Qubadlının azad edilməsi Zəfər tariximizin şanlı səhifələrindəndir