Media nümayəndələri əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Ulu Öndərin adını daşıyan muzey ilə tanış olan nümayəndə heyətinə Ümummilli Liderin neft sənayesinin inkişafına göstərdiyi diqqət və qayğısını əks etdirən tarixi fotolar barədə məlumat verilib.
Gənc jurnalistlər, həmçinin “Neft Daşları”nın keçmiş və hazırkı dövrünü əks etdirən fotostend və Qaz-turbin İstilik Elektrik Stansiyasının fəaliyyəti ilə tanış olublar. Onlara dünyada açıq dənizdə sənaye üsulu ilə qazılan ilk neft quyusu, onun tarixi və istismar dövrü, Xəzərdə ilk insansız platforma olan “Abşeron” İHS-nin “Neft Daşları”ndakı Mərkəzi İdarəetmə Otağı barədə məlumat verilib.
Səfər çərçivəsində görkəmli neftçi-geoloq Ağaqurban Əliyevin abidəsini, Xəzəri fəth edərkən dənizdə həlak olan neftçilərin və ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan neftçilərin abidə komplekslərini ziyarət edən media nümayəndələri şəhidlərimizin əziz xatirəsini ehtiramla anıb, “Neft Daşları”nın 30 illiyi münasibətilə ucaldılmış kompozisiya ilə tanış olublar.
Sonra SOCAR-ın vitse-prezidentinin müavini Şəlalə Hüseynovanın, SOCAR-ın vitse-prezidentinin müşaviri Nərgiz Cabbarlının və "Azneft" İB-nin baş geoloqu-baş direktorun müavini Maarif Allahverdiyevin iştirakı ilə növbəti məlumatlandırma sessiyası keçirilib. Sessiyada gənc jurnalistlərə SOCAR-ın kəşfiyyat, işlənmə və hasilat əməliyyatları, əldə olunan uğurlar və gələcək hədəflərlə bağlı ətraflı məlumat verilib, media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.
Orxan Vahidoğlu, “İki sahil”
Almaniya XİN rəhbəri Ukrayna üzrə danışıqların yayda bərpa oluna biləcəyini istisna etməyib
Krımda gecə saatlarında motosiklet və digər mototexnika hərəkəti məhdudlaşdırılıb