Səsyazma Akademiyası (The Recording Academy) mükafat siyahısına beş yeni kateqoriya daxil edəcək: "Ən yaxşı Asiya pop ifası", "Ən yaxşı Latın Amerikası mahnısı", "Ən yaxşı ənənəvi vokal pop ifası", "Duet və ya qrup tərəfindən ən yaxşı R&B ifası" və "Ən yaxşı ənənəvi folklor albomu".
“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.
Bundan əlavə, təşkilatçılar bir sıra mühüm qaydalara da yenidən baxıblar. Bundan sonra mahnı müəllifləri və bəstəkarlar da prodüserlər və səs rejissorları ilə bərabər səviyyədə mükafat alacaqlar.
Albomlara qoyulan tələblər də yumşaldılıb: əgər əvvəllər mükafatda iştirak etmək üçün albomdakı yeni materialın payı azı 75% olmalı idisə, indi bu hədd 66%-ə endirilib.
Seyid Əzim Şirvaninin anadan olmasının 190 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Sumqayıtda Şuşa Bəyannaməsinin ildönümü və Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib