19 iyun 2026 08:05
97

Vensin İsveçrəyə planlaşdırılan səfəri niyə təxirə salınıb?

ABŞ Vitse-prezidenti Cey. Di. Vens cümə günü başlaması gözlənilən ABŞ-İran danışıqları üçün İsveçrəyə planlaşdırılan səfərini təxirə salıb.

“İki sahil” xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Ağ Ev planların dəyişdirilməsinin səbəbinin logistika olduğunu bildirib.

"Hazırda Vitse-prezident bu gecə yola düşmür. Texniki danışıqlara mümkün qədər tez başlamağı səbirsizliklə gözləyirik”,- deyə məlumatda vurğulanır.

Qeyd edək ki, iyunun 19-da İsveçrədə ABŞ və İran nümayəndə heyətlərinin görüşü baş tutmalı idi.