ABŞ ordusu Sakit Okeanda narkotik qaçaqmalçılarına məxsus olduğu iddia edilən daha bir gəmiyə zərbə endirib.
“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Cənub Komandanlığı məlumat yayıb.
"Kəşfiyyat gəminin Sakit Okeanın şərqində məlum narkotik qaçaqmalçılığı marşrutları boyunca üzdüyünü və narkotik qaçaqmalçılığı üçün istifadə edildiyini təsdiqləyib", - deyə məlumatda qeyd olunub.
Qeyd olunub ki, zərbə nəticəsində üç nəfər ölüb.
Amerika mediasının məlumatına görə, 2025-ci ilin payızından ABŞ ordusunun narkotik daşıyan qayıqlara hücumları nəticəsində 200-dən çox insan olub.