19 iyun 2026 08:47
82

ABŞ və İran arasında gizli razılaşma var?

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff bildirib ki, İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) müfəttişlərini nüvə obyektlərinə dəvət etməyə hazırlaşır.

“İki sahil” xəbər verir ki,  bu barədə “Associated Press” agentliyi məlumatlı mənbələrə istinadla bildirib.

Məlumata görə, Vitkoff qapalı brifinq zamanı ABŞ qanunvericilərinə Tehranın AEBA müfəttişlərinə nüvə obyektlərində yoxlamalar aparmağa, eləcə də zənginləşdirilmiş nüvə materiallarının yerini müəyyənləşdirməyə imkan verəcəyini bildirib.

Mənbələrin sözlərinə görə, ABŞ və İran arasında imzalanmış anlaşma memorandumunda əlavə gizli razılaşmalar yoxdur. Bununla belə, Tehran və AEBA arasında agentliyin baş direktoru Rafael Qrossiyə ünvanlanacaq dəvət məktubu hazırlanır.

Ağ Ev isə məsələ ilə bağlı birbaşa şərh verməsə də, əldə olunan razılaşmanın İranın nüvə proqramı ilə bağlı öhdəliklərini yazılı şəkildə təsdiqləməsini nəzərdə tutduğunu bildirib.

Saziş, həmçinin İranın yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatlarının beynəlxalq nəzarət altında azaldılmasını nəzərdə tutur.