19 iyun 2026 12:26
98

Məcburi vaksinasiyanın ləğvindən sonra ABŞ Silahlı Qüvvələrinin bazasında 160 nəfər qripə yoluxub

Texasdakı Laklend aviasiya bazasında təxminən 160 hərbi qulluqçu qrip epidemiyasına yoluxub.

“İki sahil” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin rəsmilərinə istinadla "The New York Times" qəzeti məlumat yayıb.

Hadisə, nazir Pit Heqsetin ABŞ hərbi qulluqçularından artıq məcburi qaydada qripə qarşı peyvənd olunma tələbinin ləğv edildiyini elan etməsindən və əvvəlki vaksinasiya tələblərini "absurd və həddindən artıq" adlandırmasından heç iki ay keçməmiş baş verib.

Məlumata görə, xəstəlik dar kazarmalarda yaşayan və ümumi masalarda yemək yeyən yeni çağırışçılar arasında sürətlə yayılıb. Epidemiya zamanı ilkin hazırlığın altıncı həftəsində olan hərbi qulluqçulardan biri dünyasını dəyişib. Ölümün dəqiq səbəbini müəyyən etmək üçün tibbi araşdırma aparılır və bunun birbaşa qrip ləğvi ilə bağlı olub-olmadığı hələlik məlum deyil.

Yaranmış vəziyyət fonunda Hərbi Hava Qüvvələrinin komandanlığı yeni siyasətdən istisna tətbiq edərək, Laklend bazasının bütün yeni çağırışçıları üçün peyvəndlənməni yenidən məcburi edib.