19 iyun 2026 12:36
82

Avropa Şurası onların Aİ-yə girişini qadağan edəcək

Avropa Şurası, Ukraynadakı hərbi əməliyyatda iştirak edən bütün rusiyalıların adbaad sanksiya siyahısına salınması və onların Avropa İttifaqına (Aİ) girişinin qadağan edilməsi barədə təklifin təkmilləşdirilməsinə çağırıb.

“İki sahil” xəbər verir ki, bu barədə Avropa Şurasının Aİ sammitinin yekunlarına dair bəyanatında qeyd olunub.

"Avropa Şurası problemin mümkün həlli yollarını qiymətləndirmək üçün növbəti texniki işlərin aparılmasına çağırır",- deyə bəyanatda bildirilir. Avropa Şurası növbəti iclasında bu məsələyə yenidən qayıdacaq.

Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen bəyan edib ki, belə bir tədbir Rusiyaya qarşı yönəlmiş 21-ci sanksiyalar paketinə daxil edilə bilər. Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallasın sözlərinə görə isə, Avropa İttifaqı rəhbərliyinin əlində xüsusi hərbi əməliyyatın bütün iştirakçıları barədə kəşfiyyat məlumatları mövcuddur.