19 iyun 2026 13:16
95

Vaşinqton və Kiyev Ukraynada iki mərhələli atəşkəsi müzakirə edir - "The Economist"

Kiyev və ABŞ tərəfindən olan danışıqçılar Ukrayna nizamlanması mövzusu üzrə hər gün təmasda olurlar, hazırda Ukraynada iki mərhələli atəşkəs barədə təklif müzakirə edilir.

“İki sahil” xəbər verir ki, bu barədə "The Economist" jurnalı öz mənbələrinə istinadla yazır.

"Müzakirə olunan ideyalardan biri iki mərhələli atəşkəsdir: əvvəlcə hərbi əməliyyatların cəbhə xəttinin hər iki tərəfindən 50-70 km-lik zona ilə məhdudlaşdırılması, daha sonra isə daha geniş bir razılaşmanın əldə olunması", — deyə materialda bildirilir.

Bununla belə, nəşr vurğulayır ki, sülh sazişinin qarşısındakı maneələr hələ də əhəmiyyətli dərəcədə qalmaqdadır.

Bir qədər əvvəl Rusiya prezidentinin köməkçisi Yuri Uşakov təsdiqləmişdi ki, ABŞ liderinin xüsusi elçisi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner yaxın vaxtlarda Rusiyaya səfər edəcəklər.