19 iyun 2026 13:52
90

Putin Təhlükəsizlik Şurasının TƏCİLİ İCLASINI KEÇİRDİ

Rusiya Prezidenti Vladimir Putin Rusiyanın Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ iclas keçirib.

“İki sahil” xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti "MAX" platformasındakı kanalında məlumat yayıb.

İclas zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrov xarici siyasətin istiqamətlərindən biri barədə məruzə ilə çıxış edib.

Xatırladaq ki, iyunun 11-də Putin Təhlükəsizlik Şurası ilə keçirdiyi operativ iclasda Dövlət Dumasına seçkilərin hazırlanması və keçirilməsi zamanı əlavə təhlükəsizlik tədbirlərini müzakirə etmişdi.