19 iyun 2026 22:00
96

Qazaxıstan və Monteneqro Trans-Xəzər marşrutunun Adriatik dənizinin Bar limanı ilə birləşdirilməsini nəzərdən keçirir

Astanada Monteneqro Prezidenti Yakov Milatoviç ilə Qazaxıstanın Baş naziri Oljas Bektenov arasında keçirilən görüşdə Qazaxıstanın Avropa ilə Asiya arasında əsas tranzit körpüsü kimi rolu vurğulanıb.

“İki sahil” Qazaxıstan hökumətinin mətbuat xidmətinə istinadla xəbər verir ki, görüş zamanı Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) üzrə daşımaların həcminin son bir ildə 36 faizdən çox artaraq, 77 min TEU konteyner təşkil etdiyi qeyd edilib.

Monteneqronun strateji coğrafi mövqeyi, o cümlədən Adriatik dənizinə çıxışının yaratdığı üstünlüklər nəzərə alınaraq, görüşdə ticarət və investisiya əlaqələrinin genişləndirilməsi üçün böyük imkanların mövcudluğu vurğulanıb.

Bundan əlavə, TBNM-in tranzit və logistika infrastrukturunun Adriatik dənizinin Bar limanı ilə birləşdirilməsi müzakirə edilib ki, bu da Cənubi və Mərkəzi Avropaya yeni kompleks multimodal dəhliz yaratmağa imkan verəcək.